Hindistanın 6 əsgəri öldürülüb
Hindistan-Pakistan sərhədində növbəti atışma olub. AYNA "Report"-a istinadən xəbər verir ki, bu barədə Pakistanın mətbu orqanı ISPR məlumat yayıb.
Qeyd edilir ki, Kəşmirin nəzarət xəttində baş verən atışmada Hindistanın 6 əsgəri öldürülüb. Atışmada həmçinin Pakistanın da 3 vətəndaşı həlak olub. Öldürülən pakistanlıların dinc sakinlər olduğu bildirilir. Məlumata görə, öldürülənlər arasında 7 yaşlı uşaq da var.
Daha əvvəl də Kəşmirdə Pakistan və Hindistan arasındakı nəzarət xəttində atışma zamanı ən azı üç Pakistan əsgəri və Hindistan Hərbi Qüvvələrinin beş hərbçisi həlak olub.