Pakistanın Baş nazirinin təyyarəsi texniki problemə görə Nyu-Yorka qayıtmalı olub
Pakistanın Baş naziri İmran Xanın da yer aldığı təyyarə ABŞ-ın Nyu-York ştatında təcili eniş edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin Baş Assambleyasınının 74-cü sessiyasından sonra Pakistanın Baş naziri İmran Xanın da daxil olduğu heyət texniki nasazlıq səbəbi ilə ABŞ-ın Nyu-York şəhrinə təcili eniş edib.
Pakistanda fəaliyyət göstərən Geo TV təyyarənin Kanadanın Toronto şəhəri yaxınlığında texniki qəza etdiyini də qeyd edib. Məhz texniki nasazlıq ucbatından təyyarə Nyu-Yorkda eniş etməyə məcbur olub.
Qeyd edək ki, Pakistan nümayəndə heyətinin Nyu-York şəhərində gecələdiyi və təyyarənin nasazlığı düzəldildikdən sonra Pakistana qayıdacağı bildirilib.