Kaliforniyada meşə yanğınları: <font color=red> xeyli sayda insan təxliyə olundu</font>

Dünya

26.10.2019 - 18:54

Kaliforniyanı meşə yanğınları cənginə alıb 

 

ABŞ-ın Kaliforniya ştatında güclü küləklə müşaiyət olunan meşə yanğınları baş verib. AYNA Amerika mətbuatına istinadən xəbər verir ki, yanğının baş verdiyi ərazidən insanlar təxliyə olunub.

 

Yanğın nəticəsində təxminən 4 min hektara yaxın ərazidə elektrik xətləri kəsilib və bölgədə bir sıra fəsadlar baş verib. 

 

Kaliforniya Yanğından Mühafizə Xidmətinin rəhbəri Conatan Cox yanğın nəticəsində ölən və yaralananların olmadığını bildirib.

 

Qeyd edək ki, 2 il əvvəl də Kaliforniyada yanğın baş vermişdi və 44 nəfər həyatının itirmişdi.

 

 

Müəllif: Mərahim Nəsib