Türk ordusu irəliləyir, terrorçuların qərargahları məhv edilir - <font color=red> VİDEO</font>

Dünya

14.10.2019 - 13:45

Uğurla davam edən “Sülh çeşməsi” hərəkatında məhv edilən PKK/PYD/YPG terrorçuların sayı 550-yə çatıb

 

Türkiyənin Suriyanın şimal-şərqində başlatdığı “Sülh çeşməsi” (Barış Pınarı) hərəkatı altıncı gündür ki, davam edir. AYNA xəbər verir ki, Azad Suriya Ordusu Türk əsgərlərinin dəstəyi ilə bölgədəki terror ünsürlərini məhv etməyə davam edir.

 

Ana sütununu YPG-nin təşkil etdiyi Suriya Demokratik Gücləri (SDG) rəsmi Dəməşqlə Türkiyəyə qarşı razılaşma əldə edib. Razılaşma çərçivəsində Suriya ordusu ölkənin şimalına doğru irəliləməyə başlayıb.

 

Rejimə yaxın olan Əl-Mayadin televiziyası ordu qüvvələrinin YPG terrorçularının nəzarətində olan Raqqa əyalətinin Tabka şəhərinə girdiyini açıqlayıb. Suriyanın rəsmi xəbər agentliyi SANA isə Suriya əsgərlərinin ölkənin şimal-şərqindəki Haseke əyalətində aid Tel Temer şəhərində yerləşdirildiyini iddia edib.

Suriya hökuməti bu barədə, hələlik rəsmi açıqlama verməyib. Ötən gecə ərəb mediasında SDG üzvlərinin ordu qüvvələrinin Manbicə girməsinə icazə verilməsi barədə xəbərlər yayılmışdı.

 

Qeyd edək ki, “Sülh çeşməsi” əməliyyatı çərçivəsində bugünədək Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu Suriyanın şimalındakı əsas magistral hesab olunan M4 yolunu tutub. Bu, PKK-çılara gələn yardım konvoylarına zərbə endirmək deməkdir. Həmçinin Rasulayn və Tal Abyad şəhərləri də terroristlərdən təmizlənib.

İlkin Əli Cəlilzadə adlı şəxsin şəkli.

Türk Ordusu dünən PKK/ YPG/ SDF nəzarətində olan Tel-Rıfat bölgəsində əməliyyatlara başlayıb.

İlkin Əli Cəlilzadə adlı şəxsin şəkli.

Bu gün mülki yaşayış məntəqələrini minaatanlarla hədəf almış PKK/PYD/YPG terrorçuları silah-sursat təmin edərkən Türkiyə Hava Qüvvələri tərəfindən məhv edilib.

Uğurla davam edən “Sülh çeşməsi” hərəkatında məhv edilən PKK/PYD/YPG terrorçuların sayı 550-yə çatıb.

 

Suriyada, Ras əl-Ayn şəhəri ətrafında gedən hərbi əməliyyatlarda isə Türkiyə ordusunun 17 əsgəri şəhid olub. Türkiyə Təhlükəsizlik Qüvvələrindəki mənbələrin bildirdiyinə görə, 7 əsgər də yaralanıb.

 

Qeyri-rəsmi məlumata əsasən, PKK/ YPG/SDF terror qruplaşmaları itki verdikleri bölgələrdən geri çəkilməyə çalışırlar. Belə olacağı təqdirdə, Türkiyənin istədiyi 32 km təhlükəsizlik zolağı döyüş olmadan da qurula biləcək.

İlkin Əli Cəlilzadə adlı şəxsin şəkli.

Dünən səhərə olan məlumata görə, "Sülh çeşməsi" əməliyyatı zamanı terror təşkilatı hədəflərinə 2 min 489 top və tank atəşi həyata keçirilib.

 

Onu da bildirək ki, 40 dövlət Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara qarşı çıxıb.  Azərbaycan, Pakistan və Qətər isə Türkiyəni dəstəkləyir. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsi adından Azərbaycana təşəkkür edib. Azərbaycanın Türkiyənin “Sülh çeşməsi” antiterror əməliyyatına dəstək verməsini müsbət addım kimi dəyərləndirən nazir, eyni zamanda, əməliyyatın ancaq terrorçuların zərərsizləşdirilməsinə, bölgəyə sülh və əmin-amanlığın gətirilməsinə yönəldiyini əlavə edib.

Müəllif: Ayna.az