Nazir tribunadan yıxıldı, xəstəxanalıq oldu – <font color=red> VİDEO</font>

Dünya

30.10.2019 - 15:26

Həkimlər ona baş nahiyəsinin yırtılması diaqnozu qoyublar

 

Almaniyanın İqtisadiyyat və Energetika naziri Peter Altmayer, Dortmund şəhərində rəqəmsal iqtisadiyyat sammitindəki çıxışından sonra, 2 metr hündürlükdə olan tribunadan yıxılıb.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, insident nəticəsində başından zədə alan 61 yaşlı nazir huşunu itirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Zal boşaldılıb.

 

Nazir Dortmunddakı xəstəxanaların birinə yerləşdirilib. Həkimlər ona baş nahiyəsinin yırtılması diaqnozunu qoyublar.

Müəllif: Ayna.az