Yıldırım artıq İmamoğlunu qələbə münasibətilə təbrik edib
İstanbul bələdiyyəsi uğrunda seçkinin nəticələr açıqlanmağa başlayıb. Artıq səsvermə qutularının 99,1%-nin nəticələri elan edilib. CHP-nin namizədi Əkrəm İmamoğlu 54,0% səslə irəlidədir. Onun rəqibi AKP-li Binəli Yıldırım 45,1% səs toplayıb.
AYNA Türkiyə mətbuatına istinadən məlumat verir ki, Yıldırım artıq İmamoğlunu qələbə münasibətilə təbrik edib və ona uğurlar diləyib.