Ərəb şahzadəsi Fransada həbs olunub

Dünya

12.09.2019 - 21:39

O, şikayətində Hassanın onun şərəf və ləyaqətini alçaltdığını da əlavə edib

 

Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanın bacısı Hassa binti Salman Fransada həbs olunub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ərəb şahzadəsi Fransada evini təmir edən ustanı döydürdüyü üçün 10 aylıq həbs cəzasına məhkum edilib.

 

Lakin şahzadə ilə bərabər cinayətdə şəxsən iştirak edən, Hassanın mühafizəçisi Saidi Raini də həbs olunub. Belə ki, Rani 8 aylıq həbs cəzası almaqla yanaşı, 5000 avro təzminat ödəməyə də məcbur olub.  

 

Hadisədən dərhal sonra vəziyyətinin ağır olduğunu bildirən ittihamçı şahzadənin əmri ilə mühafizəçinin onu döydüyünü vurğulayıb. O, şikayətində Hassanın onun şərəf və ləyaqətini alçaltdığını da əlavə edib.

Müəllif: Ayna.az