“İstədiyimiz nəticəni əldə edənə qədər, İranın öhdəliklərini dəqiq, dolğun və əhatəli şəkildə azaltmağa davam edəcəyik”
İranın Ali dini lideri Əli Xameneyi Amerika Birləşmiş Ştatlarının (ABŞ) sanksiyaları qarşısında məğlub olmadıqlarını söyləyib. AYNA xəbər verir ki, Xameneyi şəxsi “Twitter” hesabında ABŞ-ı təhdid edərək, İranın öhdəliklərini azaltmağa davam edəcəklərini bildirib.
“İstədiyimiz nəticəni əldə edənə qədər, İranın öhdəliklərini dəqiq, dolğun və əhatəli şəkildə azaltmağa davam edəcəyik”, - o vurğulayıb.
Ali dini lider İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbçiləri qarşısında da çıxış edib: “Amerikalı rəsmilər İranın təslim olduğunu göstərmək üçün İran Prezidentini görüşlərə məcbur edirlər. Onlar Prezidentimizi görüşlərə məcbur edirlər ki, simvolik olaraq bizim təslim olduğumuzu göstərsinlər”.