Rəsmi Vaşinqton Bağdadinin məhv edildiyi anın görüntlüərini yayacağını bildirmişdi
İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin cəsədi dənizə atılıb.
AYNA xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. ABŞ rəsmiləri daha əvvəlki açıqlamalarında terrorçunun cəsədindən “xilas olduqları”nı açıqlamışdılar. Hətta rəsmi Vaşinqton Bağdadinin məhv edildiyi anın görüntlüərini yayacağını bildirmişdi.
Ancaq indiyədək həmin görüntülər ictimaiyyətə təqdim olunmayıb.