Suriya Milli Ordusu terrorla mübarizədə 128 şəhid verib

Dünya

31.10.2019 - 22:52

Suriya Milli Ordusunda itkilərin sayı açılanıb

 

Türkiyənin Suriyada terror təşkilatlarına qarşı keçirdiyi “Sülh çeşməsi” hərəkatına dəstək verən Suriya Milli Ordusunun (SMO) itkiləri davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, terror təşkilatı YPG/PKK-nın hücumları nəticəsində ordu bu ana qədər 128 şəhid verib.

 

SMO əsgərləri Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, bölgəyə sülh və dinclik gətirmək məqsədiylə Türk Silahlı Qüvvələri tərəfindən (TSQ) reallaşdırılan "Sülh çeşməsi” hərəkatı bölgəsində təhlükəsizliyin təmin edilməsi üçün həyata keçirilən axtarış fəaliyyətlərinə davam edir.

 

Əməliyyatın dayandırılması ilə Tel-Abyad və Rəs–ul Ayn ətrafında cəbhə xəttini tutan SMO əsgərləri terrorçulara məxsus əl istehsalı partlayıcıları məhv etməyə və təhlükəsizlik tədbirlərini artırmağa davam edirlər.

 

Sahədəki komandirlərin verdiyi məlumata görə, 9 oktyabrdan bu yana şəhidlərin sayı 128-ə, yaralıların sayı isə 473-ə çatıb.

Müəllif: Mərahim Nəsib