Həkimlər uşağın ağzından 526 diş çıxarıblar
Hindistanın cənubunda yerləşən Çennai şəhərində yaşayan 7 yaşlı uşaq ötən ay çənəsində yaranmış dözülməz ağrı səbəbindən həkimə aparılıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, həkimlər uşağın çənə sümüyündə anormal dişlərlə dolu bir kisə olduğunu aşkarlayıblar.
İki cərrah uşağın ağzındakı kisəni çıxarıb. Kisənin çıxarılması üçün 4-5 saat vaxt sərf edilib. Həkimlər kisədə yüzlərlə diş olduğunu müəyyən ediblər.
Həkimlərdən biri bildirib ki, kisədə 0.1 millimetrdən 15 millimetrə qədər cəmi 526 dənə diş olub. Uşaq xəstəxanada 3 gün saxlanıldıqdan sonra evə buraxılıb.