Hələbdəki partlayışlar zamanı həlak olanların sayı açıqlanmır
Suriyanın Hələb şəhərində bir neçə partlayış törədilib. AYNA xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə şəhərin şərq hissəsində qeydə alınıb. Partlayışlar Suriya ordusunun Əz-Zarazir ərazisindəki kəşfiyyat qərargahının binası yaxınlığında törədilib.
Telekanal partlayışlar zamanı qurbanların olduğunu istisna etməyib. Lakin hələlik ölənlərin sayı barədə açıqlama verilmir.