Çində partlayış: <font color=red> ölü, yaralı və itkinlər var</font>

Dünya

20.07.2019 - 17:24

Çinin Xenan əyalətində fəaliyyət göstərən qaz fabrikində partlayış hadisəsi baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Xenan əyalətinin Yima kəndində qaz fabrikində baş verən dəhşətli partlayış nəticəsində 10 nəfər həlak olub, 19 nəfər ağır şəkildə yaralanıb. 5 nəfərin itkin düşdüyü deyilir. Partlayış nəticəsində 3 km ətrafda yerləşən yaşayış məntəqələrinə də zərər dəyib.

 

Qeyd edək ki, “Henan Coal Gas Co. Ltd” şirkətinə məxsus qaz fabrikində baş verən partlayışın səbəbinin texniki avadanlığın sıradan çıxması olduğu bildirilib.

Müəllif: Ayna.az