İraqda millət vəkillərinin evlərini yandırıblar

Dünya

06.11.2019 - 12:28

Yanğın nəticəsində itki olmayıb və evlərdəki yanğınlar söndürülüb

 

İraqda iqtisadi çətinliklər səbəbi ilə başlayan etrirazlar hələ də davam edir. AYNA xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar Zikar şəhərində 3 millət vəkilinin evini yandırıblar.

 

Yerli mənbələrdən verilən məlumata görə, yanğın nəticəsində itki olmayıb və mülki müdafiə qrupları evlərdəki yanğını söndürməyə müvəffəq olublar.

 

Qeyd edək ki, oktyabrın 1-dən etibarən İraqda işsizlik, korrupsiya və dövlət işlərinin olmaması səbəbi ilə kütləvi etirazlara start verilib.

Müəllif: Ayna.az