Fransanın cənubunda fövqəladə vəziyyət elan olundu - <font color=red> VİDEO</font>

Dünya

01.11.2019 - 06:43

Zərərçəkənlərə kompensasiya ödəniləcək

 

Fransa höküməti ölkənin cənubunda fövqəladə vəziyyət elan edib.

 

AYNA-nın “Qafqazinfo”ya  istinadən məlumatına görə, buna səbəb həmin əraziləri cənginə alan daşqınlar olub.

 

Söhbət Ero, Od, Buş-dü-Ron, Şərqi Piriney, Var və Voklüz departamentlərindən gedir. Zərərçəkənlərə kompensasiya ödəniləcək. 

 

Xatırladaq ki, ötən həftə ölkənin cənubunda güclü leysan yağışları yağmışdı. Təbii fəlakət 3 nəfərin həyatına son qoymuş, ev təsərrüfatına ciddi ziyan vurmuşdu.

 

Müəllif: Ayna.az