Tehran Vaşinqtonu analoji addımla hədələyir

Dünya

21.08.2019 - 17:28

Həkimlər Klinikalar SEO Xidməti

Zərif: “Vaşinqtonun müəmmalı siyasətinə qarşı eyni addımı atacağıq”

 

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ı təhdid edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Zərif Vaşinqtonun müəmmalı siyasətinə qarşı Tehranın da eyni addımı atacağını deyib.

 

Stokholm Beynəlxalq Sülh Araşdırma İnstitutunda (SLPRI) çıxış edən Zərif bildirib ki, Amerikanın rabitəsiz və qeyri-səmimi siyasəti xaosa səbəb olacaq: “İran körfəzindəki ərəb ölkələri təhlükəsizliyi qorumaq üçün külli miqdarda vəsait xərcləyərək, Qərbdən silah almağa məcbur qalır. Lakin heç bir əcnəbi hərbçi körfəzdəki təhlükəsizliyi İran qədər təmin edə bilməz”.

Müəllif: Ayna.az