Barselonada yeni etiraz dalğası başlayıb

Dünya

27.10.2019 - 11:48

Küçələrə 350 min nəfərdən çox insanın çıxdığı bildirilir 

 

Barselonada Kataloniyanın müstəqilliyi tərəfdarlarının yeni aksiyalar dalğası başlayıb.

 

AYNA xəbər verir ki, bu barədə "24 Horas" telekanalı məlumat yayıb.

 

Bildirilir ki, etiraz İspaniya Ali Məhkəməsinin 2017-ci ildə müstəqillik haqqında referendumda qeyri-qanuni iştirakına görə 12 katalon siyasətçisi barədə çıxardığı qərara həsr olunub.

 

Bəzi məlumatlara görə, küçələrə 350 min nəfərdən çox insan çıxıb. Onların əksəriyyəti Milli Polisin binasının önündə toplaşıb.

 

Etirazçılarla hüquq-mühafizəçilərinin əməkdaşları arasında toqquşmalar baş verib.

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə