Tramp Netanyahunun xahişini rədd edib

Dünya

07.11.2019 - 12:30

“Əgər bu yardım Netanyahu üçün əhəmiyyət kəsb edirsə, özü ödəsin”

 

İsrailin Baş Naziri Benyamin Netanyahunun "Fələstin təhlükəsizlik qüvvələrinə yardım göndərmək" xahişi, ABŞ Prezidenti Donald Tramp tərəfindən rədd edilib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti Fələstinə ayrılması nəzərdə tutulan 12 milyon dollarlıq yardımın ödənilmədiyini açıqlayıb. Səbəb isə odur ki, Tramp sözügedən məbləğin çox olduğunu deyib.

 

“Əgər bu yardım Netanyahu üçün əhəmiyyət kəsb edirsə, özü ödəsin”, - deyə Ağ Evdən bildirilib.

Müəllif: Ayna.az