İranda mülki təyyarə qəzaya uğrayıb

Dünya

15.08.2019 - 15:17

Qəza zamanı təyyarədəki iki nəfər həlak olub

 

İranın Eyvan şəhərində təlim keçirilən zaman mülki təyyarə qəzaya uğrayıb. AYNA xarici mətbuata istinadən verir ki, qəza zamanı iki nəfər həlak olub.

 

Qəzaya uğrayan “Cessna” tipli mülki təyyarə, Eyvan hava limanında baş tutan təlim zamanı qəzaya uğrayıb. İran mediası ölənlərdən birinin təyyarənin pilotu, digərinin isə pilot məktəbinin şagirdi olduğunu yazıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az