ABŞ İrana qarşı tarixdə atılmamış addımı atdı

Dünya

05.09.2019 - 16:30

“Biz İranın fəaliyyətini pozmaq üçün mövcud olan bütün diplomatik və iqtisadi vasitələrdən istifadə edəcəyik”

 

ABŞ-dan İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə bağlı yeni məlumat yayıb. Belə ki, Vaşinqton SEPAH-ın barəsində, neft və ticarət şəbəkəsinə zərər vura biləcək məlumat gətirənlərə mükafat vəd edib

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ, İnqilab Keşikçilərinin.

 

ABŞ Dövlət Departamentinin (DD) “Ədalətə Mükafat” proqramı çərçivəsində, SEPAH və onların adından beynəlxalq fəaliyyət göstərən şirkətlərin ifşa olunmasına görə, 15 milyon dollar mükafat veriləcəyi açıqlanıb. 

 

DD-nin İran üzrə xüsusi nümayəndəsi Brian Hook, İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatı adlandırılmasına da münasibət bildirib: “Tarixdə ilk dəfə bir dövlət qurumunun fəaliyyətinin pislənməsi üçün mükafat vəd olunur. Biz İranın fəaliyyətini pozmaq üçün mövcud olan bütün diplomatik və iqtisadi vasitələrdən istifadə edəcəyik”.

Müəllif: Ayna.az