MOSKVADAN CAVAB"/>

Tbilisi olaylarında Rusiya "barmağı" ittihamına <font color=red> MOSKVADAN CAVAB</font>

Dünya

21.06.2019 - 14:27

Rusiyalı senator: " Gürcüstanda baş verənlər tamamilə ölkənin daxili problemlərindən qaynaqlanır"

 

"Gürcüstanda baş verənlər tamamilə ölkənin daxili problemlərindən qaynaqlanır. Rusiyanın bu məsələ ilə heç bir əlaqəsi yoxdur".

 

AYNA xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin üzvü Oleq Morozov "Ria Novosti"yə açıqlamasında danışıb. O bildirib ki, Tbilisidə yaşanan etiraz aksiyasında Moskvanın günahlandırmaq doğru deyil.

 

Qeyd edək ki, baş verən hadisələrə görə Gürcüstan Prezidenti Salome Zurabaşvili Rusiyanı günhlandırıb. “Rusiya düşmənimizdir və işğalçıdır. Onların idarə etdiyi “beşinci kalon” açıq-aşkar düşmənçilikdən daha təhlükəli ola bilər. Bir daha demək istəyirəm ki, ölkədə və cəmiyyətdə parçalanma və daxili qarşıdurma Rusiyadan başqa heç kimin xeyrinə deyil” – deyə o bildirib.

Müəllif: Ayna.az