Ruslarla koreyalılar arasında qan tökülüb, ölən və yaralananlar var

Dünya

20.09.2019 - 20:37

Gəmilər ələ keçirilərkən baş verən toqquşma nəticəsində 3 sərdəhçi yaralanmışdı

 

Xəbər veridiymiz kimi, bir müddət öncə Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən Yapon dənizinin Rusiyaya aid hissəsində Şimali Koreyanın iki yelkənli balıqçı gəmisi və 11 mühərrikli qayığının saxlanıldığı açıqlanmışdı.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, yaxalanmış balıqçı gəmisindəki bir Şimali Koreya brakonyeri qarşıdurma zamanı həlak olub. İnsident zamanı yaralananların da olduğu bildirilir.

 

Qeyd edək ki, Rusiya tərəfindən ələ keçirilmiş, Şimali Koreya gəmilərinin heyəti Rusiya limanına aparılmışdı. Gəmilər ələ keçirilərkən baş verən toqquşma nəticəsində 3 sərdəhçi yaralanmışdı.

Müəllif: Ayna.az