ABŞ-ın Nyu-Cersi ştatında naməlum səbəbdən bütün uçuşlar dayandırılıb

Dünya

29.06.2019 - 21:43

Uçuşların nə vaxt bərpa ediləcəyi məlum deyil

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatında yerləşən “Newark Liberty” beynəlxalq hava limanından bütün uçuşlar təxirə salınıb.

 

“CNN İnternational” -a hadisə ilə bağlı məlumat verən Con Murray adlı sərnişin, Nyu-Yorka getmək üçün mindiyi təyyarənin uçuşa başladıqdan 10 dəqiqə sonra havalimanına qayıtdığını deyib.

 

Havalimanı rəhbərliyindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib. Uçuşların nə vaxt bərpa ediləcəyi məlum deyil.

Müəllif: Ayna.az