Gürcüstan Rusiya ilə dialoqa hazırdır

Dünya

29.09.2019 - 00:35

“Gürcüstan Rusiya ilə danışıqlara hazırdır”

 

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Rusiya ilə dialoqa hazır olduqlarını deyib:

 

“Nə vaxt ki, ölkədə işğal edilmiş ərazilər kimi problemlər var, bunun həlli üçün iki yol mövcuddur: birincisi hərbi yoldur ki, biz bundan imtina etmişik. İkincisi isə diplomatiya və danışıqlar yoludur. Mümkün deyil ki, gürcüstan bu yoldan istifadə etməsin və özünə qapansın”.

 

Xatırladaq ki, 2 gün əvvəl BMT Baş Assambleyasının iclası çərçivəsində Rusiya və Gürcüstan XİN rəhbərlərinin görüşü olmuşdu.  

 

Müəllif: Ayna.az