Rusiyadan Türkiyə ilə bağlı açıqlama

Dünya

22.08.2019 - 18:22

Həkimlər Klinikalar SEO Xidməti

"Terrorçulara qarşı mübarizəni davam etdirmək üçün hər iki tərəf səylərini artırmalıdır"

 

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova İdlibdə baş verənlərə münasibət bildirib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Zaxarova İdlib mövzusunda Türkiyə ilə razılaşmağın vacib olduğunu söyləyib.

 

Mariya Zaxarova onu da qeyd edib ki, terrorçulara qarşı mübarizəni davam etdirmək üçün hər iki tərəf səylərini artırmalıdır.

 

İdlib və ətraf ərazilərdə gərginliyin artmasına da münasibət bildirən Rusiya XİN rəsmisi bu istiqamətdə təşkil olunan toplantılarda Türkiyə ilə tərəfdaşlığı davam etdirəcəklərini də diqqətə çatdırıb.

Müəllif: Ayna.az