Qafqazda rus qırıcısı qəzaya uğrayıb

Dünya

03.09.2019 - 17:19

Hazırda axtarış-xilasetmə xidmətinin mütəxəssisləri iki pilotun axtarışlarını aparırlar

 

Rusiya aviasiyasına məxsus "Su-25 UB" hücum təyyarəsi Stavropol vilayətində qəzaya uğrayıb. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

 

Bildirilir ki, sentyabrın 3-də Stavropol diyarında təlim-tədris uçuşu zamanı "Su-25 UB" təyyarəsi qəzaya uğrayıb. Hazırda axtarış-xilasetmə xidmətinin mütəxəssisləri iki pilotun axtarışlarını aparırlar.

 

Qeyd edək ki, 16 oktyabr 1924-cü ildən 13 mart 1937-ci ilə qədər Şimali Qafqaz diyarı, 13 mart 1937-ci ildən 12 yanvar 1943-cü ilə qədər isə Orconokidze diyarı kimi fəaliyyət göstərən Stavropol diyarı, Şimali Qafqaz ərazisində yerləşir.

Müəllif: Ayna.az