Mövlud Çavuşoğlu Qətər hökumətinin Suriyanın təhlükəsizliyi mövzusunda Türkiyəyə dəstək verəcəyini açıqlayıb
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu qətərli həmkarı Məhəmməd əl-Tani ilə görüş keçirib.
AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, görüş əsnasında ikitərəfli münasibətlər və ümumi narahatlıq doğuran regional məsələlər müzakirə edilib.
Mövlud Çavuşoğlu Qətər hökumətinin Suriyanın təhlükəsizliyi mövzusunda Türkiyəyə dəstək verəcəyini açıqlayıb.
Görüşdən sonra hər iki nazir İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Somali üzrə əlaqələr qrupunun görüşündə iştirak edib.