Əfqanıstanda partlayış nəticəsində 6 nəfər ölüb

Dünya

03.09.2019 - 01:28

15 nəfər yaralanıb

 

Əfqanıstanın Kunduz vilayətində kamikadzenin törətdiyi partlayış nəticəsində 6 nəfər ölüb. AYNA axar.az-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyinin mətbuat katibi Nasrat Rahimi mətbuata açıqlamasında deyib.

 

O, kamikadzenin partlayıcı qurğunu Sehderek bölgəsində toplanan təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında işə saldığını bildirib.

 

Rahimi partlayışda 15 nəfərin də xəsarət aldığını vurğulayıb.

 

Teraktla bağlı məsuliyyəti Taliban öz üzərinə götürüb.

Müəllif: Ayna.az