Keçmiş nazir zorlama ittihamı ilə həbs edilib

Dünya

06.07.2019 - 11:30

O, vəzifədə olduğu zaman 3 gənc miqranta vədlər verərək pis əməllərini həyata keçirib

 

2001-2005-ci illərdə Norveçin Balıqçılıq naziri olmuş Svin Ludviqsen həbs edilib. AYNA Türkiyə mənbuatına istinadən xəbər verir ki, 72 yaşlı keçmiş nazir işlədiyi zaman vəzifəsindən sui-istifadə edərək üç gənc oğlanı zorladığı üçün bu cəzaya məhkum edilib.

 

O, 2011-2017-ci illə ərzində onlara ev, iş vermək qarşılığında mütəmadi cinsi əlaqəyə girməkdə ittiham olunur. Nazirin vədləri sırasında miqrantların vətəndaşlıq almalarına kömək olunacağı sözləri da olduğu bildirilir. Bu səbəbdən zorakılığa mətuz qalan şəxslər olanlar barədə heç kimə deməyiblər.

 

S.Ludviqsen polisə bir oğlanla mütəmadi cinsi əlaqəyə girdiyini etiraf edib. Keçmiş nazir əməllərinə görə 5 il həbs edilməklə yanaşı 87 min ABŞ dolları təzminat ödəməli olacaq.

Müəllif: Ayna.az