Putin və daha 5 ölkənin rəhbəri Ermənistandadır

Dünya

01.10.2019 - 15:55

Bu gün Yerevanda Ali Avrasiya İqtisadi Şurasının toplantısı başlayır

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ermənistana səfəri başlayıb. AYNA xəbər verir ki, Kreml başçısını Zvartnoç Hava Himanında Ermənistan Baş Nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.

 

Səfərin məqsədi bu gün Yerevanda öz işinə başlayan Ali Avrasiya İqtisadi Şurasının toplantısında iştirakla əlaqəlidir. Toplantıda, həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Qasım Comərd–Tokayev və Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov iştirak edir.

 

Tədbirə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Moldova Prezidenti İqor Dodon qonaq qismində qatılıblar.

 

Putinin Ermənistana səfəri çərçivəsində iranlı həmkarı ilə ikitərəfli görüşü də planlaşdırılır.

Müəllif: Ayna.az