Moldovada yerli icra orqanlarına seçkilər keçirilir

Dünya

20.10.2019 - 16:42

Seçicilər 1000-ə yaxın şəhərin rəhbərini seçirlər

 

Moldovada yerli icra orqanlarına seçkilər keçirilir. AYNA "Report"a istinadən xəbər verir ki, bütün seçki məntəqələri vaxtında açılıb.

 

Ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Dorin Çimil bildirib ki, yerli icra orqanlarına seçkilər plan üzrə keçirilir.

 

Seçicilər 1000-ə yaxın şəhərin rəhbərini seçirlər. Həmçinin ölkə vətəndaşları 11 min yerli xalq seçki orqanlarına (şəhər və rayon şuralarına) namizədləri seçirlər.

 

Müəllif: Ayna.az