Lavrovla Çavuşoğlu Suriya münaqişəsini müzakirə edib

Dünya

08.10.2019 - 18:21

Nazirlər Suriyanın şimal-şərqindəki vəziyyətə xüsusi diqqət ayırıblar

 

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

 

AYNA xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin məlumatına görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı XİN başçıları Suriya münaqişəsinin nizamlanma prosesini ətraflı şəkildə müzakirə ediblər.

 

Nazirlər Suriyanın şimal-şərqindəki vəziyyətə xüsusi diqqət ayırıblar. Bundan başqa, Balkan yarımadasındakı vəziyyət barədə də fikir mübadiləsi aparılıb.

 

XİN başçıları bütün istiqamətlərdə Rusiya-Türkiyə əməkdaşlığını möhkəmləndirmək və inkişaf etdirmək üçün intensiv dialoqu davam etdirmək barədə razılığa gəliblər. (APA)

Müəllif: Ayna.az