Bəzi işçilərə ardıcıl üçüncü gündür evdən işləmək əmri verib
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili kompüter şəbəkəsi çərşənbə axşamından bəri işləmir və bəzi işçilər evdən işləyir. AYNA.AZ xəbər verir ki, bu barədə “NBC News” məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Mənbələrə görə, NSA tərəfindən istifadə edilən daxili məxfi kompüter şəbəkəsi cümə axşamı günü əlçatmaz olub və bu səbəbdən bəzi işçilərə ardıcıl üçüncü gündür evdən işləmək əmri verilib.
Mənbələr problemin narahatedici olduğunu, lakin NSA-nın qlobal elektron kəşfiyyat toplamasına və kibertəhlükəsizlik nəzarətinə təsir etmədiyini bildiriblər.
NSA Net çərşənbə axşamı proqram təminatının yenilənməsi ilə bağlı texniki problem səbəbindən işləmir.
Mənbələrə görə, kəsintiyə kiberhücum səbəb olduğuna dair heç bir əlamət aşkarlanmayıb.