Gürcüstanda matəm elan edilib

Dünya

20.11.2026 - 12:46

Hökumətinin qərarı ilə noyabrın 22-si matəm günü elan olunub

Gürcüstan hökumətinin qərarı ilə noyabrın 22-si matəm günü elan edilib.

AYNA.AZ gürcü mediasına istinadən xəbər verir ki, Tiflisin Kvemo Poniçala qəsəbəsində yaşayış binasının uçması nəticəsində biri azyaşlı olmaqla 6 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Hökumətin qərarı ilə həmin gün Gürcüstanın bütün ərazisində dövlət bayraqları yarıya endiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş