“Orada Rusiya Prezidenti ilə görüşüb danışıqlar aparacağam"
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 3-də Moskvaya işgüzar səfər edəcək və orada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. AYNA.AZ-ın “Armenpress”ə istinadən məlumatına görə, bu barədə Paşinyan özü bildirib.
"Biz 3 dekabrda Moskvaya işgüzar səfərim barədə əvvəlcədən razılığa gəlmişik. Orada Rusiya Prezidenti ilə görüşüb danışıqlar aparacağam", - deyə Paşinyan qeyd edib.
Ermənistanın Baş naziri həmçinin dekabr ayı üçün Rusiyaya daha iki səfərinin planlaşdırıldığını açıqlayıb.
O, 11-12 dekabr tarixlərində Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcəyini bildirib. Dekabrın sonunda Paşinyan Avrasiya İqtisadi Birliyi (AİB) və Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin görüşlərində iştirak etmək üçün yenidən Rusiyaya səfər edəcək.