Hədəf polis avtomobili olub
Pakistanın Kvetta şəhərində bazarda törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb. AYNA “Report”-a istinadən xəbər verir ki, bu barədə xilasedicilər bildirib.
Partlayışın hədəfi polis avtomobili olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbi araşdırılır.