Ronald Reyqan Kitabxanası təhlükədə

Dünya

01.11.2019 - 00:35

Kaliforniyada meşə yanğınları Prezident Kitabxanasına yaxınlaşıb

 

 

Təbii yanğınlar Kaliforniyda prezident  Ronald Reyqan adına  kitabxananı da təhlükə altında qoyub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, artıq kitabxanaya yaxınlaşan yanğının qarşısının alınması üçün tədbirlər görülür. Əks halda, ABŞ-da mövcud olan 13 federal prezident kitabxanasından ən böyüyü yanıb kül olma ehtimalı var.

 

Məlumatda deyilir ki, R.Reyqan kitabxanasında 60 milyon səhifəlik sənəd, 1, 6 milyon foto, 150 km kinolent, on minlərlə audio və videokasetlər qorunur. Həmçinin kitabxananın arxiv muzeyində Reyqanın şəxsi sənədləri, eləcə də həmin ərazidə ABŞ-ın 40-cı prezidenti R.Reyqan dəfn olunub.

 

 Qeyd edək ki, Kaliforniyada isti, quru hava ilə əlaqədar yanğınlar güclü küləklə müşaiyət olunduqda yanğınlar ətraf bölgələrdə yaşayış ərazilərində də ciddi fəasadlar törədir. Təkcə yanğınlarla əlaqədar ötən gün Simi-Velli və Murpark şəhərlərinin 30 min-lik əhalisi  evakuasiya olunub.

 

Müəllif: Raminə Eyvazqızı