Xameneyidən etirazçılara çağırış: “Oyuna gəlməyin”

Dünya

30.10.2019 - 18:35

Ali dini lider: “İğtişaşların arxasında ABŞ, İsrail və bölgədəki digər ölkələr dayanır”

 

İran İslam Respublikasının (İİR) Ali dini lideri ayətullah Əli Xameneyi, İraq və Livanda davam edən etirazlara münasibət bildirib. AYNA “Fars” xəbər agentliyinə istinadən xəbər verir ki, o, iğtişaşların arxasında ABŞ, İsrail və bölgədəki digər ölkələrin dayandığını deyib.

 

“Hər bir xalq öz tələblərini yalnız dövlətlərinin qanunları çərçivəsində tələb edə bilər”, - deyə Xameneyi vurğulayıb.

 

Ali dini lider İraq və Livan əhalisini sabitliyə səsləyib: “Vətəndaşlar Amerika, İsrail və digər mürtəce ölkələr tərəfindən baş verən iğtişaşlara məhəl qoymasınlar. Çünki bizim üçün İraq və Livanın İrandan fərqi yoxdur”.

Müəllif: Ayna.az