Suriya Konstitusiya Komitəsinin üzvləri toplaşacaq

Dünya

28.09.2019 - 13:00

Gələn ay Suriya Konstitusiya Komitəsinin üzvləri toplaşacaq 

 

Suriya Konsitutisiya Komitəsinin üzvləri oktyabrın 30-da İsveçrənin Cenevrə şəhərində bir araya gələcək. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatına (BMT) yaxın mənbələr məlumat yayıb. 

 

Qeyd edək ki, BMT-nin Baş Katibi Antonio Quterreş sentyabrın 23-də Suriya Konsitutisiya Komitəsinin yaradıldığını elan edib. 

 

Quterreş komitəyə üzv olan ölkələrlə tez-tez görüşlər təşkil edəcəyini, komitənin üzvlərini bir araya gətirəcəyini bildirib.

 

Müəllif: Mərahim Nəsib