Filippin polisi bir torba narkotikə bir torba düyü təklif edir

Dünya

09.07.2019 - 20:27

Son aylarda vətəndaşlar tərəfindən tapılan kokain torbaları ölkədə ciddi narahatlıqlara səbəb olub

 

Filippin sahillərində, içərisində kokain olan və qiyməti milyon dollarlarla ölçülən torbalar tapılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, son aylarda vətəndaşlar tərəfindən tapılan kokain torbaları ölkədə ciddi narahatlıqlara səbəb olub.

 

Filippin Narkotiklərlə Mübarizə İdarəsinin eksperti Sanho Tri hadisənin bir neçə səbəbdən baş verə biləcəyini açıqlayıb. O, narkotik tacirlərinin polisdən qaçarkən sübutları yox etmək məqsədilə torbaları dənizə atdıqlarını bildirib. Eyni zamanda, narkotik ticarəti ilə məşğul olan bəzi insanların öz aralarında alver edərkən bu torbaların dənizə töküldüyünü deyib.

 

Hazırda polis məslə ilə bağlı araşdırma aparır. Vətəndaşların tapdıqları narkotikləri gətirib təhvil veməsi üçün onlara hər kokain torbasına görə bir kisə düyü təklif edilir.

Müəllif: Ayna.az