Suriyada yenidən şiddətli toqquşmalar yaşanır

Dünya

14.08.2019 - 17:35

Həkimlər Klinikalar SEO Xidməti

Qarşıdurmalar zamanı 60-dan çox insan həyatını itirib

 

Suriyanın şimalında hakimiyyətə bağlı qüvvələrlə müxaliflər arasında silahlı qarşıdurma baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, qarşıdurma zamanı 60-dan çox insan həyatını itirib.

 

Suriya ordusunun İdlibdə həyata keçirdiyi hava hücumları nəticəsində isə 6 nəfər həlak olub. Qarşıdurmaların güclənməsinə səbəb Suriya ordusunun İdlibi mühasirəyə almaq cəhdi olub. 

 

Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, cari ilin aprel ayından bu yana Suriyada 790-ı mülki, 2000-i hərbçi olmaqla çox sayda insan toqquşmaların qurbanı olub.

Müəllif: Ayna.az