Ölkənin ən yüksək vəzifəsinə 6 namizəd iddialıdır
Bu gün Argentinada prezident və parlament seçkiləri keçiriləcək.
AYNA "Report"a istinadən xəbər verir ki, ölkə seçiciləri 130 deputatı və Konqresin 24 senatorunu seçəcəklər.
Seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılacaq və saat 18:00-dək davam edəcək. Qanunvericiliyə uyğun olaraq ölkənin yaşı 16-dan çox olan bütün seçiciləri seçkilərdə iştirak etməlidir.
Səsvermələrin ilkin nəticələri axşam saatlarında açıqlanacaq.
Ölkənin ən yüksək vəzifəsinə 6 namizəd iddialıdır. Lakin buna baxmayaraq seçkidə əsas mübarizə hazırkı dövlət başçısı Maurisio Makri və müxalifətdən olan keçmiş dövlət başçısı Alberto Fernandes arasında gedəcək.