Bir qrup silahlı şəxs magistral yolda yük maşınını atəşə tutub
Meksikanın cənub-şərqində yerləşən Quintana Roo əyalətində silahlı insident baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində 9 nəfər ölüb, 1 nəfər yaralanıb.
Ölkə mətbuatının yazdığına görə, bir qrup silahlı şəxs “Chetumal-Felipe Carrillo Puerto” magistral yolunda yük maşınını atəşə tutub. Hazırda polis həmin şəxsləri axtarır.
Qeyd edək ki, bu yaxınlarda Meksikanın turizm zonalarından biri olan Quintana Rooda narkotik ticarəti ilə əlaqəli cinayətlərin artdğına dair xəbərlər yayılmışdı.