İranın İslam İnqilabı Keşikçiləri Hürmüz Boğazında İngiltərəyə məxsus "Stena İmpero" adlı neft tankerinə əl qoyduğunu açıqladı. AYNA xarici mətbuata istinadən xəbər verir ki, "Stena Bulk and Northern Marine Management"-ə məxsus tankerə naməlum gəmilərin və 1 helikopterin yaxınlaşdığı, daha sonra tankerlə əlaqənin kəsildiyi bildirilib. Tankerdə 23 nəfərlik heyətin olduğu qeyd edilib.
İngiltərə Müdafiə Nazirliyi hadisə ilə bağlı daha çox məlumat almağa çalışdıqlarını və baş verənləri dəyərləndirdiklərini açıqlayıb. İranın ard-arda iki tenkerə əl qoyduğu deyilsə də, İran ikinci tankerlə bağlı iddiaları rədd edib və Hürmüz Boğazında İngiltərəyə məxsus bir tankerə əl qoyulduğunu bildirib.