İran ilə İKDP arasında qarşıdurma yaşanıb, ölənlər var

Dünya

29.08.2019 - 12:14

İKDP tərəfdarlarından biri öldürülüb, ikisi isə həbs olunub

 

İranın Serdeşt şəhərində İran İnqilab Keşikçiləri Ordusu (İİKO) ilə İran Kürdüstan Demokratik Partiyasının (İKDP) tərəfdarları arasında qarşıdurma baş verib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində iki hərbçi qətlə yetirilib.

 

İran İnqilab Keşikçiləri Ordusunun verdiyi açıqlamada, Qərbi Azərbaycan vilayətinin şəhəri olan Serdeştdə bir gün əvvəl sui-qəsd nəticəsində öldürülən “İnqilab keşikçisi”nin qisasının alındığı bildirilib.

 

Aparılan əməliyyatlar nəticəsində İran tərəfindən terror təşkilatı olaraq qəbul edilən İKDP tərəfdarlarından biri öldürülüb, ikisi isə həbs olunub.

Müəllif: Ayna.az