Türkiyədə nazir müavini qəzada ölüb

Dünya

20.08.2019 - 07:29

Qəza Van şəhərində baş verib

 

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun ölkənin cənub-şərqində baş vermiş yol qəzasında ölüb. AYNA “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.

 

"Dərin kədər hissi ilə mədəniyyət və turizm nazirinin müavini, professor Əhməd Haluk Dursunun yol qəzası nəticəsində ölüm xəbərini aldım", - deyə Türkiyə prezidenti "Twitter" mikrobloqunda yazıb.

 

NTV telekanalının məlumatına görə, qəza Van şəhərində baş verib.

 

İlkin məlumata görə, nazir müavininin olduğu maşının sürücüsü idarəetməni itirib və maşın aşıb.

 

Dursun aldığı yaralardan xəstəxanada keçinib.

Müəllif: Ayna.az