Rusiyalı müxalifət lideri həbs olunub

Dünya

24.07.2019 - 16:25

Navalnı bu gün səhər saatlarında evindən çıxarkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb

 

Rusiyalı müxalifətçi Aleksey Navalnı polisə aparalıb. AYNA xarici mətbuata isitinadən xəbər verir ki, müxalifət lideri və “Rüşvətlə Mübarizə Fondu”nun təsisçisi Aleksey Navalnı bu gün səhər saatlarında evindən çıxarkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Navalnının vəkili Olqa Mixaylova onun icazəsiz mitinqdə iştirak etdiyinə görə plisə aparıldığını bildirib.

 

Qeyd edək ki, Aleksey Navalnı daha öncə müxalif jurnalist İvan Qolunova dəstək aksiyasında iştirak etdiyinə görə 10 sutka həbs edilib.

Müəllif: Ayna.az