Məscid namaz vaxtı havaya uçurulub

Dünya

17.08.2019 - 15:58

Partlayış nəticəsində 4 nəfər ölüb, 15 nəfər ağır yaralanıb

 

Pakistanda məscidlərin birində güclü partlayış baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb, 15 nəfər ağır yaralanıb.

 

Partlayışın cümə namazı əsnasında baş verdiyi bildirilir. Məsciddə minbərin altına yerləşdirilən bomba namaz əsnasında partladılıb.

 

Təhlükəsizlik qüvvələri məscidi bağlayaraq, hadisə yerini nəzarətə götürüb.

Müəllif: Ayna.az