Medvedevdən Atambayevin saxlanılmasına münasibət

Dünya

09.08.2019 - 02:46

“Bu, Qırğızıstanın daxili işidir”

 

Rusiyanın Baş naziri Dmitri Medvedev Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayevin tutulması zamanı ölkədə baş verən hadisələrə münasibət bildirib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, Dmitri Medvedev lakonik olaraq “Bu, Qırğızıstanın daxili işidir” deyib.

 

O, qeyd edib ki, Rusiya baş verənlərə laqeyd qala bilməz və mövcud vəziyyəti diqqətlə izləyir.

Müəllif: Ayna.az