Türkiyə ordusu PKK/YPG terrorçularına sarsıdıcı zərbələr endirib

Dünya

04.11.2019 - 08:12

Əməliyyatlar zamanı 410 nəfər saxlanılıb

 

Türkiyənin təhlükəsizlik qüvvələri ötən ay PKK terror təşkilatına və onun Suriya qanadı YPG-yə güclü zərbələr endirib.

 

AYNA "Report"a istinadən xəbər ki, Türkiyə və onun hüdudları xaricində terrorçuluğa qarşı əməliyyatların gedişatında oktyabrın 1-dən 31-dək PKK/YPG-nin 1090 terrorçusu zərərsizləşdirilib.

 

Əməliyyatlar zamanı PKK-ya kömək etməkdə şübhəli bilinən 410 nəfər saxlanılıb. Onlardan 212 nəfəri həbs edilib. Həbs edilənlər arasında bir sıra rayonların HDP-ni təmsil edən bələdiyyə başçıları da var.

 

Sərhədyanı yaşayış məntəqələrini atəşə tutulması nəticəsində və Suriyada YPG/PKK terrorçuları ilə toqquşmalarda Türkiyə təhlükəsizlik qüvvələrinin 16 əməkdaşı, həmçinin 21 dinc sakin həlak olub. Onların arasında uşaqlar da var.

 

Müəllif: Ayna.az